Hər şey plan üzrə gedir?| Rusiya Ordusu göründüyü qədər güclü deyil
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi infrastrukturunu məhv etdiyini və tam hava üstünlüyünə nail olduğunu iddia edir. Ukrayna Hərbi Hava Qüvvələri Qərbdən gələn daimi silah və təchizatla mübarizə aparmağa davam edir. Rusiyanın kütləvi işğalı ABŞ tərəfindən dəqiq proqnozlaşdırılıb. Bayden administrasiyası mənbələrini açıqlamadan aldığı analitik kəşfiyyat materialının çox hissəsinin məxfiliyini açıqladı və dərc etdi. Görünür, bunun Moskvadakı strateqlərin diqqətini yayındıracağına və çaşdıracağına ümid edirdi, lakin bu, hücumun qarşısını ala bilmədi.
Rusiyanın daimi olaraq müharibəyə hazır olan böyük ordusu var. Müdafiə naziri, Ordu generalı Sergey Şoyqunun sözlərinə görə, Rusiya ordusunda 168 batalyon taktiki qrupu (BTQ) var. BTQ missiyadan asılı olaraq tanklar, digər zirehlər, ağır silahlar və Tank Əleyhinə İdarəolunan Raket (TƏİR) qurğuları, zenit vasitələri, kəşfiyyatçılar, xüsusi təyinatlılar və s.dən ibarət olan gücləndirilmiş batalyondur. BTQ 700-800 nəfərdən ibarətdir və lazım olduqda ayrı şəkildə döyüş apara bilər və ya daha böyük qrupun bir hissəsini təşkil edə bilər. Ukraynada indiki döyüşlər başlamazdan əvvəl Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Polşa və Baltikyanı ölkələrdə hər biri 1200 nəfərə qədər olan dörd müstəqil çoxmillətli batalyon yerləşdirdi.
1991-ci ildə, Sovet İttifaqı dağılarkən siyasətə qədəm qoyan Şoyqu rütbə daşımayan orqanlarda xidmət etməsinə baxmayaraq, “general” rütbəsinə layiq görüldü. O, bəlkə də hazırda demək olar ki, Rusiya elitasında ən yaxşı ictimai əlaqələr ustalarından biridir. Prezident Putin 2012-ci ildə Şoyqunu müdafiə naziri təyin etdi və Şoyqu o vaxtdan modernləşdirilmiş, yenidən silahlanmış və ölümcül Rusiya ordusu imicini yaratdı. Moskvanın 2015-ci ildə başladığı Suriyadakı hərbi kampaniya Rusiyanın hərbi gücünü artırmaq üçün istifadə edilib. Əksər Qərb ekspertləri belə proqnozlaşdırırdılar: Yenilənmiş və ölümcül Rusiya Hərbi Hava Qüvvələri tərəfindən dəstəklənən yüzdən çox Rusiya BTQ-si Ukrayna Silahlı Qüvvələrini sürətlə məhv edəcək. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milleyin ABŞ Konqresinə verdiyi məlumata görə, Ukraynanın paytaxtı Kiyev Rusiyanın tammiqyaslı hücumundan sonra 72 saat ərzində ələ keçirilə, təxminən 15 000 Ukrayna əsgəri həlak ola bilərdi. Mütəşəkkil Ukrayna müqaviməti dağılsa da, partizan tipli müqavimət Kiyevin süqutundan sonra da davam edəcəkdi. Millinin proqnozu Moskvada məmnunluqla qarşılandı.
Lakin reallıq çox fərqli oldu. Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı” dördüncü həftəsinə daxil olur, lakin bir neçə Rusiya BTQ-si şəhərə yaxınlaşsa da, Kiyev Ukraynanın əlindədir və Ukrayna ordusunun mütəşəkkil müqaviməti darmadağın edilməyib - hərbi qərargahlar işləyir və komanda-nəzarət zənciri qırılmayıb. Bir çox cəbhədə şiddətli qanlı döyüşlər müşahidə oluna bilər və hər iki tərəf itkiləri etiraf edir. Lakin tərəflər bir-birini daha çox itki verməkdə ittiham edir, bunların hamısını isə müstəqil şəkildə yoxlamaq mümkün deyil.
Bir həftəlik gərgin döyüşlərdən sonra rus ordusu hələ də döyüş meydanında təşəbbüsü ələ keçirməyə çalışır. Putin bəyan edib ki, Ukraynada “xüsusi hərbi əməliyyat” “plan üzrə gedir” və nəyin bahasına olursa-olsun, tam qələbəyə qədər davam etdiriləcək. Ukrayna neytral ölkəyə çevriləcək, “demilitarizasiya” olunacaq və heç vaxt Rusiya üçün heç bir təhlükə yarada bilməyəcək. Putinin fikrincə, uzunmüddətli danışıqlar aparmaqla münaqişəni uzatmaq cəhdləri yalnız Moskvanın gələcəkdə daha sərt atəşkəs şərtləri qoymasına gətirib çıxaracaq. Görünür, Kreml lideri bəzi döyüş meydanında uğursuzluqlara və Qərb ölkələrinin vahid cəbhəsinin tətbiq etdiyi sarsıdıcı sanksiyalara baxmayaraq, güzəştə getmək və ya geri çəkilmək niyyətində deyil.
Ukraynanın işğalı iki fərqli əməliyyata bölünür. Cənubda, Cənub Hərbi Dairəsinin komandanlığı Krımdan çıxmaq və şərq və qərbə yayılmaqla ümumilikdə irəliləyə bilib. Rusiya qüvvələri Ukraynanın bir sıra şəhər mərkəzlərini, o cümlədən Azov dənizindəki Berdyansk limanını və Qara dənizdəki əsas Xerson limanını ələ keçirib. Cənubdakı rus bölmələri Qara dənizin digər iki böyük liman şəhərlərinə yaxınlaşır: Odessa və Nikolayev. Azov dənizindəki Mariupol ilə birlikdə bu limanların mühasirəsi - əgər Ukrayna ordusu onları güclü şəkildə müdafiə etmək qərarına gəlsə - uzun və qanlı bir iş ola bilər. Əks halda Ukrayna faktiki olaraq dənizə çıxışı olmayan ölkəyə çevrilə bilər.
Şimalda Rusiyanın Qərb Hərbi Dairəsinin idarə etdiyi əməliyyat zəifləyib. Rus birləşmələri Xarkov və Kiyev yaxınlığında hücuma keçsələr də, görünür, irəliləmə sürətini itiriblər. Havalar isinir, əkin sahələri yaş palçıq bataqlığına çevrilir və Rusiya qüvvələri Ukraynanın bir çox yerlərində dar və az olan yollara getdikcə daha çox bağlanır. Putin ola bilsin ki, ordusunu çox gec göndərib, onun döyüş ruhu və silahlanması Qərbdə çoxlarının qorxduğundan daha az təsir bağışlayır. “Xüsusi hərbi əməliyyat” qanlı bataqlığa çevrilə bilər.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı